SON DƏQİQƏ
» » Fransada 10 minə yaxın insan küçələrə axışdı

Fransada 10 minə yaxın insan küçələrə axışdı

Tarix:

20-04-2019, 20:33

/ 10 151 dəfə oxundu.
Fransada 10 minə yaxın insan küçələrə axışdı

Fransada “Sarı jiletlər” etiraz aksiyasının 23-cü aktı başlayıb. Hökumətin artıq neçə gündür milli debatın nəticələrini açıqlamamasına və “sarı jiletlər”in tələblərinə cavab verməməsinə görə bu aktın gərgin olması ilə bağlı xəbərlər yayılıb.

Azərtac xəbər verir ki, 23 həftədir davam edən etiraz nümayişləri səngimək bilmir.

“Sarı jiletlər”in fəallarından olan Erik Drue etiraz nümayişçilərini aprelin 20-də tam səfərbər olmağa səsləyib. O, Yutubda yaydığı müraciətində martın 16-da olduğu kimi, baş verəcək hadisələri “sarı jiletlər”in üzərinə atmaqdan çəkinməyə səsləyib. Tarixin və yerin bəlli olduğunu bildirərək, hədəf Parisdir deyib.

Sosial şəbəkələrdə “black blocs” (radikal anarxist qrup) internet səhifəsində “1 may sarı və qara” yazaraq çağırış ediblər. “Həlledici akt” Feysbuk hesabına 10 minə qədər müsbət cavab verilib.

Qeyd edək ki, hələ ötən həftə Fransanın daxili işlər naziri K. Kastaner aprelin 20-də vəziyyətin gərgin olacağını, dağıdıcıların yenidən Parisə toplaşacağını və 16 mart hadisələrinin təkrarlanacağını bildirmişdi. Polis Həmkarlar İttifaqının üzvü də televiziyada çıxışında vəziyyətin çox “mürəkkəb” olmasını xəbər vermişdi.

Bu gün bütün ölkə üzrə 60 min polis və jandarmın səfərbər olunduğu bildirilir ki, bundan 5 mini Parisdə olacaq.

Xatırladaq ki, Yelisey çölləri, Milli Assambleya, Senat və Məryəm ana kilsəsi ətrafında nümayiş qadağan olunub.

Parisdə “sarı jiletlər” etiraz aksiyasına görə nəqliyyatın hərəkətində problemlər yaranıb. Polis prefekturasının qərarı ilə metro stansiyalarının əksəriyyəti bağlanıb. Nümayiş qadağan olunan yerlər zirehli maşınlarla əhatəyə alınıb.

***

"Sarı jiletlilər"in bu gün keçirilən etiraz aksiyasında ümumilikdə 9600 nəfər iştirak edir.

Parisdə polisin saxladığı etiraz aksiyası iştirakçılarının sayı 126-nı keçib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ