SON DƏQİQƏ
» » İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər

İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər

Tarix:

26-03-2019, 08:36

/ 10 239 dəfə oxundu.
İsrail və HƏMAS atəşkəsə dair razılığa gəliblər

HƏMAS hərəkatı və İsrail arasında atəşkəsə dair razılıq əldə edilib.

GunAz.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə hərəkatın rəsmi nümayəndəsi Fauzi Barhum bildirib.

Qeyd edək ki, İsrail bir neçə saat ərzində Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq HƏMAS-ın mövqelərini bombalayıb.

İsrail təyyarələri HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyənin Qəzza zolağının şimal hissəsində yerləşən Rimal rayonundakı ofisini, Daxili İşlər Nazirliyinin beşmərtəbəli binasını və HƏMAS kəşfiyyat xidmətləri tərəfindən gizli istifadə olunan üçmərtəbəli binanı bombalayıblar. Hava zərbələri endirilməyə başlayandan Qəzza zolağından İsrail ərazisinə ən azı 1 raket buraxılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ