SON DƏQİQƏ
» » Yakutlar ayağa qalxdı – Polis məscidi mühasirəyə aldı

Yakutlar ayağa qalxdı – Polis məscidi mühasirəyə aldı

Tarix:

18-03-2019, 13:02

/ 10 209 dəfə oxundu.
Yakutlar ayağa qalxdı – Polis məscidi mühasirəyə aldı

Yakutskda yerli sakinlərdən birinin itməsi və təcavüzə uğraması ilə bağlı spontan mitinq keçirilib. Mitinqçilər cinayətdə şübhəli bilinənlərin cəzalandırılmasını tələb ediblər.

Teleqraf.com RBK-ya istnadla xəbər verir ki, zorlamada Orta Asiyadan olan 3 miqrant şübhəli bilinir. Polis onlardan birini elə həmin gün həbs edib.

Yerli KİV-lər isə xəbər verir ki, şəhər polisi icazəsiz aksiyadan sonra yerli məscidin ətrafını mühasirəyə alıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsində faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2 maddəsi – “zorlama” və “adam oğurluğu” maddələri üzrə cinayət işi açılıb.

Məlumata görə, bazar günü saat 04:00-a yaxın naməlum şəxs Kuzmin küçəsində yerləşən evin yaxınlığında qızı zorla maşına mindirib və naməlum istiqamətə aparıb. Zərərçəkmiş şəxs daha sonra istintaq komitəsinə müraciət edib.

Bununla yanaşı hüquq-mühafizə orqanları spontan mitinqin təşkilatçıları barədə də tədbir görmək niyyətindədirlər.

скачать dle 12.1

Şərhlər