SON DƏQİQƏ
» » Xalq küçələrə axışdı, nazir seçki qərarı verdi

Xalq küçələrə axışdı, nazir seçki qərarı verdi

Tarix:

11-02-2019, 22:10

/ 10 210 dəfə oxundu.
Xalq küçələrə axışdı, nazir seçki qərarı verdi

İspaniyanın Baş naziri Pedro Sançes mayın 26-na nəzərdə tutulan muxtar qurumlara, bələdiyyə və Avropa hakimiyyət orqanlarına seçkilərdən ay yarım əvvəl - aprelin 14-də ümumxalq seçkiləri keçirmək niyyətindədir.

GunAz.az xəbər verir ki, əgər seçkilər həqiqətən aprelin 14-nə təyin edilsə, onda Baş nazir Pedro Sançesin parlamenti fevralın 19-na kimi buraxmaq üçün cəmi 8 gün vaxtı var. Belə ki, qanuna görə, seçkilər elan edildiyi vaxtdan 54 gündən gec olmayaraq təşkil edilməlidir.

Baş nazirin bəyanatı fevralın 10-da Madriddə on minlərlə insanın iştirak etdiyi mitinqdən sonra səslənib.

Xatırladaq ki, mitinq iştirakçıları ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını və növbədənkənar seçkilərin təşkil olunmasını tələb ediblər.

скачать dle 12.1

Şərhlər