SON DƏQİQƏ
» » “Mənbiçdəki terrorçular çıxarılmasa...” – Ərdoğan vaxt qoydu

“Mənbiçdəki terrorçular çıxarılmasa...” – Ərdoğan vaxt qoydu

Tarix:

5-02-2019, 19:38

/ 10 190 dəfə oxundu.
“Mənbiçdəki terrorçular çıxarılmasa...” – Ərdoğan vaxt qoydu

"Təhlükəsizliyimizi təmin etməyin yeganə yolu Suriyada terror təşkilatlarının məhv etməkdir”.

GunAz.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, bununla suriyalı qardaşlarımızın da sabit və təhlükəsiz şəkildə yaşayışı təmin etmiş olacağıq: "Onların daimi olaraq doğma torpaqlarına geri dönmələrini təmin etməyin yolu budur”.

Prezident vurğulayıb ki, Fəratın şərqi və Mənbiç məsələsi gündəmimizdədir: "ABŞ-ın verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Mənbiç məsələsi həll edilmədikcə rejimin istəkləri artır. Bu bölgənin xalqı Türkiyənin himayəsində öz gələcəklərinə özləri sahib çıxmaq istəyir. Diplomatik mübarizəmizlə yanaşı hərbi hazırlıqlarımızı davam etdiririk. ABŞ bizə verdiyi sözü tutmazsa öz göbəyimizi özümüz kəsəcəyik. Cənab Trampla bu məsələlərdə səmərəli danışıqlar aparırıq, ancaq alt səviyyədəki görüşlərdə eyni səmərə əldə edə bilmirik. Qane edici bir plan yoxdur. Müqavilələrə sadiqik. Lakin səbrimiz sərhədsiz deyil. Mənbiçdəki terrorçular bir neçə həftəyə çıxarılmasa daha gözləməyəcəyik. Öz planlarımızı həyata keçirəcəyik. Suriyadakı proseslərin ölkəmizin gələcəyi üçün daşıdığı əhəmiyyət bizə hər yoldan istifadə etmə imkanını verir. Suriya siyasətimizdə öhdəliklərimizi yerinə yetirəcəyik. Bölgədəki bütün tayfalar "nə vaxt gəlirsiniz?” deyə soruşurlar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ