SON DƏQİQƏ
» » Tramp Putinlə tərcüməçisiz görüşdü: nələr danışıb?

Tramp Putinlə tərcüməçisiz görüşdü: nələr danışıb?

Tarix:

30-01-2019, 08:37

/ 10 219 dəfə oxundu.
Tramp Putinlə tərcüməçisiz görüşdü: nələr danışıb?

ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin Buanes-Ayresdə keçirilən G-20 sammitində qeyri-rəsmi görüşü ilə bağlı maraqlı məlumat yayılıb.

GunAz.az xəbər verir ki, “Faynənşl Tayms” (Financial Times) görüşün “Kolon” opera teatrında baş tutduğunu yazıb. Özəl mənbəyə istinadla bildirilib ki, Tramp xanımı Melaniya ilə olub, Putin isə tərcüməçi ilə birgə söhbətə qatılıb.

Trampın Putinlə tərcüməçisiz və stenoqrafçı olmadan söhbət aparması diqqət çəkib.

Nəşrin məlumatına görə, Trampla Putin nəzərdə tutulduğundan daha çox – 15 dəqiqə söhbət ediblər. Müzakirə əsasən Kerç böhranı və Suriya ilə bağlı olub. Həmçinin rəsmi görüşlə bağlı da danışıq olub. Tramp hələlik rəsmi görüşün hələlik mümkün olmadığını deyib, Putin isə əvəzində tələsmədiyini, ABŞ liderinə uyğun vaxtda görüşə hazır olduğunu bildirib.

Qeyd edək ki, Kerç böhranına görə Tramp G-20 sammiti çərçivəsində Putinlə rəsmi görüşü təxirə salmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ