SON DƏQİQƏ

Gomişan gölündə həyat canlandı

Tarix:

29-01-2019, 20:20

/ 10 198 dəfə oxundu.
Gomişan gölündə həyat canlandı

Son günlər yağan yağışlar Gomişan gölünə yeni can verdi.

 GunAz.az bildirir ki, Gomişan gölünün yeganə su mənbəyi olan Xəzər dənizində su səviyyəsinin azalması ilə, gölün suyu qurumuş, quşlar da onu tərk etmişdilər.

Məntəqə sakinlərindən biri deyir: "Yeddi il idi ki, göl tamamilə qurumuşdu. Bir damcı da su yox idi. Biz motorsiklet, maşın və hətta, traktor ilə gölün ərazisinə daxil olardıq. Amma, təkərlərə yapışacaq palçıq belə yox idi."

 Payız və qış fəslində yağan yağışlar nəticəsində yerlərdəki 30 min hektarlıq əkin ərazisində kollektorlar vasitəsilə toplanan sular gölün xilaskarına çevrildi. İlin yağıntılı dövründə bir milyon kub metr suyu dənizə axıdır.

Bir başqa məntəqə sakini deyir: " Allaha şükürlər olsun ki, 7 ildən sonra yenidən gölə su gəlib və biz da qayığımızı suya salmışıq. 46 nöqtədə göldən axan suyu dənizə doğru yönləndirmişik. Bu kanalı da qoruqçuların köməyi ilə bağlamışıq."

 Gomişan gölü Gülüstan vilayətinin ən iri gölüdür və 20 min hektarlıq bir əraziyə malikdir. Su ilə dolu olduğu zaman göldəki suyun həcmi 200 milyon kub metrə çatır. Hazırda gölün 60 faizi su ilə dolub.

Gomişan gölü köçəri quşların cənnətidir. Bu göldə flaminqolar, müxtəlif növlü qutanlar, ördəklər və digər quşlar burada bir-birilərinin kənarında üzürlər.

Bura quşlar və təbiət ilə  maraqlanan insanların araşdırmalar aparması üçün də münasib məkan hesab olunur.

Gomişan gölü Gülüstan vilayətinin şimalında, təqribən quraqlıq sayılan bir ərazidə böyük bir nemət sayılır.

 Gomişan gölünün yenidən canlanması məntəqənin ekosistemində habelə, iqtisadi və turizm fəaliyyətlərində təsirli rola malikdir.

скачать dle 12.1

Şərhlər