SON DƏQİQƏ
» » Putin Belarusu Rusiyaya birləşdirmək istəyir - “Bloomberg” yazır

Putin Belarusu Rusiyaya birləşdirmək istəyir - “Bloomberg” yazır

Tarix:

9-01-2019, 17:46

/ 10 251 dəfə oxundu.
Putin Belarusu Rusiyaya birləşdirmək istəyir - “Bloomberg” yazır

Rusiya prezidenti Vladimir Putin hakimiyyəti əlində saxlamaq üçün Belarusu öz ölkəsinə birləşdirməyə hazırlaşır.

Belə bir iddia ilə "Bloomberg" nəşri çıxış edib. 

Qərb mətbuatının yazdığına görə, Rusiya prezidenti qonşu ölkə ilə siyasi birləşmə arzusundadır. Lakin Belarus lideri Rusiya ilə iqtisadi əlaqələrin güclənməsindən çox şey gözləsə də, suverenliyini itirməyə hazır deyil. İlk növbədə, söhbət neft və qaz kimi resurslardan gedir. 

Ekspertlər əmindirlər ki, Rusiya bu ittifaqla itirmiş olduğu Ukraynanı əvəzləyə bilər. Lukaşenko isə qonşu ölkəni "qardaş" adlandırmağa tələsmir, həmçinin Rusiyanın ölkəsini əldə etmək, onu Rusiya tərkibinə qatmaq niyyətində olduğunu dəfələrlə səsləndirib. 

Vladimir Putin bu ideyasını hələ 1997-ci ildə dilə gətirmişdi. O, siyasətçi kimi hər iki ölkənin vahid valyuta və məhkəmə sistemi, həmçinin ortaq simvol altında birləşdirilməsi leyhinə çıxış etmişdi. Bununla yanaşı, hakimiyyətin əsas hissəsi hər bir prezidentdə ömürlük olaraq qalacaq və hər hansı dəyişikliyə məruz qalmayacaq.(Qafqazinfo)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ