SON DƏQİQƏ

Ərdoğan Boltonla görüşdən İMTİNA ETDİ

Tarix:

8-01-2019, 16:20

/ 10 179 dəfə oxundu.
Ərdoğan Boltonla görüşdən İMTİNA ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla görüşməkdən imtina edib.

GunAz.az publika -ya istinadən xəbər verir ki, Bolton Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşdükdən sonra ölkəsinə dönüb.

Görüş təxminən 2 saat davam edib. Məlumata görə, görüş zamanı ABŞ-ın Suriyadan çıxmaq qərarı və İŞİD-lə mübarizə məsələləri müzakirə olunub.

Xatırladaq ki, Bolton iki gün əvvəl İsraildə olarkən ABŞ qoşunlarının Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun sözlərinə görə, ABŞ Türkiyədən zəmanət istəyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.

O, həmçinin qeyd edib ki, Türkiyə Suriyada istənilən hərbi əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.

Türkiyə prezidenti isə bu açıqlamalara sərt reaksiya verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ