SON DƏQİQƏ
» » ABŞ Suriyadan çıxmaq üçün şərtini açıqladı – MİSSİYA DƏYİŞDİ

ABŞ Suriyadan çıxmaq üçün şərtini açıqladı – MİSSİYA DƏYİŞDİ

Tarix:

25-09-2018, 15:38

/ 10 270 dəfə oxundu.
ABŞ Suriyadan çıxmaq üçün şərtini açıqladı – MİSSİYA DƏYİŞDİ

İran və onun nəzarətində olan güclər Suriyada qaldığı müddətdə Amerika qoşunları bu ərəb ölkəsinin ərazisini tərk etməyəcək.

GunAz.az publika.az -a istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

Nəşrin yazdığına görə, Ağ Evin rəsmi beləliklə, siqnal verdi ki, Tramp administrasiyası Suriyadakı missiyasını yalnız İŞİD üzərində qələbəylə məhdudlaşdırmamağa qərar verib.

Daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) dəfələrlə bildirib ki, Suriyada ABŞ-ın hərbi missiyası İŞİD üzərində tam qələbənin qazanılması ilə başa çatacaq. Suriyada İran güclərinə qarşı mübarizə indiyə kimi ABŞ-ın hərbi missiyasının bir hissəsi olaraq göstərilmirdi.

Boltonun bəyanatından sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqonda çıxış edərək vurğulayıb ki, İŞİD üzərində qələbə Vaşinqtonun hərbi missiyasının hədəfi olaraq qalır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ