SON DƏQİQƏ
» » CNN telekanalında bomba həyəcanı: bina boşaldıldı

CNN telekanalında bomba həyəcanı: bina boşaldıldı

Tarix:

7-12-2018, 10:44

/ 10 219 dəfə oxundu.
CNN telekanalında bomba həyəcanı: bina boşaldıldı

Gecə saatlarında CNN telekanalının da yerləşdiyi Nyu-Yorkdakı binada bomba həyəcanı səbəbindən təxliyyə işləri həyata keçirilib. 

GunAz.az xəbər verir ki, bununla bağlı NBC telekanalı məlumat yayıb. 

Onun sözlərinə görə, naməlum şəxslər şirkətə zəng edərək, binaya bomba yerləşdirilməsi ilə bağlı məlumat veriblər. 

Şəhərin polis idarəsinin “Twitter” hesabında bildirilib ki, binaya gedən bütün yollar bağlanıb və hazırda binada yoxlama işləri aparılır. 

Binada CNN telekanalından başqa, “Time” nəşri, HBO telekanalı və digər nəhəng şirkətlər yerləşir.

скачать dle 12.1

Şərhlər