SON DƏQİQƏ
» » Nazirdən GÖZLƏNİLMƏZ SÖZLƏR: “Əgər arvadınızdan şübhəniz varsa…”

Nazirdən GÖZLƏNİLMƏZ SÖZLƏR: “Əgər arvadınızdan şübhəniz varsa…”

Tarix:

24-11-2018, 15:36

/ 10 280 dəfə oxundu.
Nazirdən GÖZLƏNİLMƏZ SÖZLƏR: “Əgər arvadınızdan şübhəniz varsa…”

“Əgər sizin hansısa probleminiz yaranıb, yaxud arvadınızla bağlı şübhələriniz varsa, siz birbaşa ona müraciət edirsiniz, kütləvi informasiya vasitələrinə yox”.

Teleqraf.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun bu yaxınlarda keçirilən “Trident Juncture” adlı hərbi təlimləri zamanı Moskvanın GPS sisteminin işinə müdaxilə etməsinə dair Finlandiya və Norveçin ittihamına münasibət bildirərkən belə deyib.

Sergey Lavrovun “Aralıq dənizi: Roma dialoqu” adlı konfransda çıxış edərkən səsləndirdiyi bu sözlər zalda gülüş doğurub və alqışlarla qarşılanıb.

Rusiya XİN başçısı əlavə edib ki, nəzakətli insanlar iradlarını KİV vasitəsilə deyil, şəxsən bildirirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ