SON DƏQİQƏ

Hollandiya Rusiyadan təzminat istədi

Tarix:

25-05-2018, 17:48

/ 10 379 dəfə oxundu.
Hollandiya Rusiyadan təzminat istədi

Rusiya Silahlı Qüvvələri və “Buk” raketi ilə vurulmuş “Boinq 777” təyyarəsi arasında birbaşa əlaqə var.

Gunaz.az Axar.az-a istinadən bildirir ki, bu sözləri Hollandiyanın Xarici İşlər naziri Stef Blok deyib.

Nazirin sözlərinə görə, rusiyalı həmkarı Sergey Lavrov, aralarında baş tutan telefon danışığı zamanı ona istintaqın gedişi barədə məlumat verib, ancaq əvvəlki kimi, Rusiyanın faciə ilə əlaqəsini inkar edib. Rusiya tərəfi isə hələ də beynəlxalq istintaq qrupu ilə əməkdaşlıq etməkdən boyun qaçırır.

Hollandiyanın Xarici İşlər naziri Rusiyanı bu cür mövqe nümayiş etdirməkdən çəkinməyə çağırıb.

“Biz Rusiyadan təzminat ödəməsini istəyirik”, – nazir bildirib.

Xatırladaq ki, Hollandiya və Avstraliya 2014-cü ildə Ukraynanın hava sahəsində Malaziyanın “Boinq 777” təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyət daşığını açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ