SON DƏQİQƏ
» » Türkiyə, Rusiya və İran arasında Suriya müzakirəsi

Türkiyə, Rusiya və İran arasında Suriya müzakirəsi

Tarix:

24-10-2018, 21:14

/ 10 265 dəfə oxundu.
Türkiyə, Rusiya və İran arasında Suriya müzakirəsi

Türkiyə, Rusiya və İranın Birləşmiş Millətlər Təşkilatının Suriya Xüsusi Nümayəndəliyi ilə koordinasiyalı  şəkildə Suriyada konstitusiya komitəsinin qurulması istiqamətində olan işlərinin sürətləndirilməsi  mövzusunda razılığa gəlindiyi bildirilib.

GunAz.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı şərhdə, Rusiya, Türkiyə və İran xarici işlər nazirləri köməkçilərinin Suriya məsələsinə dair dünən Moskvada Astana formatında bir  iclas keçirdikləri qeyd edilib.

Yığıncaqda Suriyadakı vəziyyətin dərinləşməsinin ələ alındığı bildirilib: “Soçidə təşkil edilən Suriya Milli Dialoq Konqresində alınan qərarlar istiqamətində, konstitusiya komitəsinin qurulmasına istiqamətli işlərin başlamasıyla əlaqədar mövzular müşavirə edildi. Türkiyə, Rusiya və İran, bütün Suriyalıların maraqlarını nəzərə alaraq, BMT Suriya Xüsusi Nümayəndəliyi ilə koordinasiyalı bir şəkildə konstitusiya komitəsinin qurulmasına istiqamətli işi sürətləndirmək barədə razılığa gəliblər".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ