SON DƏQİQƏ
» » Məşhur futbolçu adam oğurluğunda günahlandırılır

Məşhur futbolçu adam oğurluğunda günahlandırılır

Tarix:

19-10-2018, 08:53

/ 10 287 dəfə oxundu.
Məşhur futbolçu adam oğurluğunda günahlandırılır

Qalmaqallardan heç cür qurtula bilməyən “Real”ın hücumçusu Kərim Benzema yenidən gündəmə gəlib.

GunAz.az xəbər verir ki, fransalı forvard bu dəfə insan oğurluğunda günahlandırılır.

Məsələ burasındadır ki, keçmiş meneceri Leo Dsouza futbolçunun onu qaçırmağa cəhd etdiyini əsas gətirərək, məhkəməyə müraciət edib. Menecer PSJ – “Lion” görüşü zamanı bir qrup şəxsin onu qaçırmağa çalışdığını və onların Benzemanın qohumları olduğunu vurğulayıb.

Yayılan məlumatlara görə, ikili arasında borc problemi olub. Fransa polisi məsələ ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.(Publika.az)

скачать dle 12.1

Şərhlər