SON DƏQİQƏ
» » Qırx min dollarlıq brilyant udan turist həbs olundu

Qırx min dollarlıq brilyant udan turist həbs olundu

Tarix:

10-10-2018, 08:13

/ 10 266 dəfə oxundu.
Qırx min dollarlıq brilyant udan turist həbs olundu

Türkiyənin Marmaris ərazisində girdiyi zərgərlik dükanından 40 min dollar dəyərində brilyant üzüyü oğurlayıb və sonra onu udan irlandiyalı İan Kempl həbs olunub.

Oxu.Az xəbər verir ki, birinci məhkəmə prosesindən sərbəst buraxılan İan hakimin etirazından sonra yenidən həbs edilib.

Bildirilir ki, tətil üçün Marmarisə gələn turist mağazaya girərək satın almaq bəhanəsi ilə üzüklərə və digər zinət əşyalarına baxıb, sonra isə üzüyü cibinə qoyaraq mağazadan qaçıb.

Mağaza sahibi polislərə xəbər verib. Polislərin gəldiyini görən Kempl üzüyü udub. 

Üzük polislər tərəfindən yaxalanan turistin bədənindən tibbi yolla çıxarılıb. Sonra əcnəbi məhkəməyə gətirilib.

скачать dle 12.1

Şərhlər