SON DƏQİQƏ

Yaponiyada hökumət istefa verdi

Tarix:

2-10-2018, 09:17

/ 10 230 dəfə oxundu.
Yaponiyada hökumət istefa verdi

Yaponiyada hökumət tam tərkibdə istefaya gedib.

GunAz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb ölkənin baş naziri Sindzo Abenin yeni Nazirlər Kabinetini formalaşdırmasıdır. Telekanalın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibi yaxın saatlarda açıqlanacaq.

Qeyd edilir ki, ölkənin əvvəlki Nazirlər Kabinetindəki 18 nazirdən cəmi 3-ü öz vəzifələrində qalacaqlar.

Qeyd edək ki, Abe sentyabrın 20-də üçüncü dəfə ölkənin hakim Liberal Demokrat Partiyasının sədri vəzifəsinə seçilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ