SON DƏQİQƏ
» » İranda bayram münasibətilə 615 məhkum əfv edilib

İranda bayram münasibətilə 615 məhkum əfv edilib

Tarix:

30-08-2018, 20:23

/ 10 267 dəfə oxundu.
İranda bayram münasibətilə 615 məhkum əfv edilib

İranın ali dini rəhbəri Ayətulla Əli Xameneyi Qurban və Qədr-Xum bayramları münasibətilə 615 məhkumu əfv edib.
GunAz.az “Reuters”ə istinadən bildirir ki, bu barədə İran ədliyyəsinin xəbər saytı “Mizan” məlumat yayıb.

Qeyd olunur ki, Xameneyinin humanizm prinsiplərinə əsaslanaraq verdiyi fərmanla 615 məhkum əfv edilib. Qərara uyğun olaraq məhkumlardan bəziləri azadlığa buraxılıb, digərlərinin isə cəza müddətləri azaldılıb. 

Lakin “Mizan” əfv olunanlar sırasında insan haqqları təşkilatlarının da qeyd etdiyi kimi, siyasi baxışlarına görə həbs edilərək zindana atılan yüzlərlə siyasi məhbus nümayəndələrinin olub-olmamasına aydınlıq gətirməyib. 
скачать dle 12.1

Şərhlər