SON DƏQİQƏ
» » Avropa və ABŞ arasında münaqişə ola bilər – Nazirdən XƏBƏRDARLIQ

Avropa və ABŞ arasında münaqişə ola bilər – Nazirdən XƏBƏRDARLIQ

Tarix:

27-08-2018, 23:50

/ 10 315 dəfə oxundu.
Avropa və ABŞ arasında münaqişə ola bilər – Nazirdən XƏBƏRDARLIQ

“Şimal axını-2” qaz kəməri layihəsi transatlantik münasibətlərin pisləşməsinin səbəbi ola bilər.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, belə bəyanatla Latviyanın Xarici İşlər Nazirliyinin başçısı Edqar Rinkeviç çıxış edib.

“Energetika yalnız Avropanın təhlükəsizliyi məsələsi deyil, həm də transatlantik münasibətlər məsələsidir. “Şimal axını- 2” transatlantik münasibətlərdə toqquşma nöqtələrindən biri ola bilər”, - nazirliyin mətbuat xidməti Rinkeviçin sözlərini sitat gətirib.

Amerika hakimiyyəti dəfələrlə vurğulayıb ki, “Şimal axını- 2” layihəsinə qarşı çıxırlar və layihənin reallaşdırılmasında iştirak edən şirkətləri sanksiyalar gözləyir. Helsinkidə danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə bildirib ki, ABŞ Avropaya mayeləşdirilmiş təbii qazın çatdırılması yolu ilə layihəyə rəqabət təşkil etmək niyyətindədir.

Rusiya hakimiyyəti iddia edir ki, qaz kəməri iqtisadi layihədir və qarşısına siyasi hədəfləri qoymur.

Qeyd edək ki, “Şimal axını-2” qaz kəməri layihəsi Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya iki xəttin tikintisini nəzərdə tutur. Kəmər Almaniyaya qədər Rusiya, Finlandiya, İsveç və Danimarkanın ərazisi və ya xüsusi iqtisadi zonalarından keçəcək. Hazırda qaz kəmərinin tikintisi üçün operatorun yalnız Danimarkadan icaz alması qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ