SON DƏQİQƏ
» » ABŞ səfirliyinin atəşə tutulmasında FETÖ izi

ABŞ səfirliyinin atəşə tutulmasında FETÖ izi

Tarix:

27-08-2018, 21:45

/ 10 304 dəfə oxundu.
ABŞ səfirliyinin atəşə tutulmasında FETÖ izi

ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulması ilə törədilən təxribatda FETÖ/PDY terror təşkilatının izi aşkar edilib.
"Anadolu" agentliyinin məlumatına görə, hazırda faktla bağlı həbs olunanların sayı 5 nəfərə çatıb. 
Araşdırma zamanı saxlanılan Osman Gündaş adlı şəxsin işlədiyi şirkətin rəhbərinin FETÖ/PDY terror təşkilatları ilə əlaqəsi ortaya çıxıb. Həmin şəxs və Osman Gündaşı silahla təmin edən də həbs olunanlar arasındadır.
Qeyd edək ki, avqustun 20-də səhər saat 05:00 radələrində ABŞ-ın Ankarada yerləşən səfirliyi atəşə tutulub. Bir qrup şəxs ağ rəngli avtomobildən səfirliyin binasına atəş açaraq hadisə yerindən qaçıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ