SON DƏQİQƏ

İran ABŞ-la danışıqlardan imtina etdi

Tarix:

13-08-2018, 18:56

/ 10 267 dəfə oxundu.
İran ABŞ-la danışıqlardan imtina etdi

İranın ali ruhani lideri Əli Xamenei Tvitter səhifəsində ABŞ-la danışıqlardan imtina etdiklərini yazıb.

GunAz.az xəbər verir ki, Əli Xamenei ABŞ-la istənilən danışıqların əleyhinə olduğunu və bu danışıqları aparmağı qadağan etdiyini bildirib.

O, qeyd edib ki, Vaşinqtonun qeyri-dəqiq addımlarına görə ABŞ-la danışıqlar aparmaq mümkünsüzdür. Dini liderin sözlərinə əsasən, ABŞ-la dialoq ancaq bir şərtlə mümkündür-İran Vaşinqtonun onu aldatmayacağına əmin olmalıdır. Amma bu gün belə bir dəqiqlik yoxdur.

Xamenei qeyd edib ki, ABŞ özünə inam yaradıb nüvə müqaviləsini pozub. ABŞ-ın bu hərəkəti isə Vaşinqtona inanmamaq lazım olduğunu sübut edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ