SON DƏQİQƏ

Trampın ulduzu götürülə bilər

Tarix:

8-08-2018, 15:13

/ 10 322 dəfə oxundu.
Trampın ulduzu götürülə bilər

ABŞ prezidenti Donald Tramp səsverməyə çıxarılacaq.

GunAz.az xəbər verir ki, Hollivud şəhərində yerləşən “Ulduzlar küçəsi”ndə Donald Trampın adına yazılı olan ulduz götürülə bilər. Səsvermə də məhz bunun üçün Şəhər Şurası tərəfindən aparılacaq.

Səsvermədə Trampın əleyhinə səs çoxluğu qeydə alınarsa, o, "Ulduzlar küçəsi"ndən adı götürülən ilk ABŞ prezidenti və ilk məşhur şəxs olacaq.

Səsvermə tələbi Hollivud Şəhər Şurası, Los Anceles Bələdiyyə Məclisi və Hollivud Ticarət Ofisi tərəfindən qəbul edilib.

Qeyd edək ki, prezident Trampın “UIduzlar küçəsi”ndəki ulduzu iki həftə öncə Austin Kla adlı şəxs tərəfindən dağıdılmışdı. O, ulduzu gitarı ilə bilməyərəkdən dağıtdığını hadisə yerinə çağırdığı polislərə bildirmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ