
"İranla ticarət edənlər ABŞ-a heç bir əməkdaşlıq edə bilməyəcək".
GunAz.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
Tramp bildirib ki, o, dünyada sülh istəyir:
“İrana sanksiyalar rəsmən elan edildi. İndiyə qədər ən sərt sanksiyalar bunlardır və noyabr ayında daha üst səviyyəyə çıxacaq. İranla ticarət aparan hər kəs ABŞ-la əməkdaşlıq edə bilməyəcək. Dünyada sülh istəyirəm”.
Qeyd edək ki, İrana qarşı sanksiyaların ilk mərhələsi bu gün səhər saat 07.01-dən etibarən başlayıb.