SON DƏQİQƏ
» » İdman edir, kitab yazır - Koçaryanın həbsxana günləri

İdman edir, kitab yazır - Koçaryanın həbsxana günləri

Tarix:

31-07-2018, 09:07

/ 10 243 dəfə oxundu.
İdman edir, kitab yazır - Koçaryanın həbsxana günləri

Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan özünü çox yaxşı hiss edir.

GunAz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Koçaryanın ofis rəhbəri Viktor Soqomonyan deyib:

“Koçaryan özünü çox yaxşı hiss edir. O, gündəlik məşqlərinə davam edir. Əhvalı da əladır, necə deyərlər “döyüşkən”dir”.

Soqomonyan bildirib ki, Koçaryan həm də avtobioqrafik kitabı üzərindəki işini davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Robert Koçaryan 1 mart 2008-ci il mitinqinin dağıdılması barədə göstəriş verməkdə və 10 nəfərin ölümündə təqsirləndirilir. Ona qarşı, həmçinin, konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb. 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ