SON DƏQİQƏ

Avropa Birliyinin miqrantlarla bağlı QƏRARI

Tarix:

29-06-2018, 13:08

/ 10 292 dəfə oxundu.
Avropa Birliyinin miqrantlarla bağlı QƏRARI

Avropa Birliyi liderləri miqrantlarla bağlı razılığa gəliblər. Razılaşmaya əsasən, miqrantlar qalacaqları ölkələri seçə bilməyəcəklər. Avropa Birliyi ölkələri isə könüllü olaraq, onların yerləşdirilməsində məsuliyyəti üzərilərinə götürəcəklər. 

GunAz.az xəbər verir ki, bununla bağlı məsələ Brüsseldə keçirilən sammitdə 15 saat müzakirə edilib. 

“Gərgin müzakirələrdən sonra biz birgə qərara gəldik”, - Almaniya kansleri Angela Merkel bildirib. 

“Doqquz saatlıq müzakirədən sonra razılıq əldə edildi və bu, Fransa üçün yaxşı xəbərdir. Bu, birgə fəaliyyətin nəticəsidir”, - Fransa prezidenti Emmanuel Makron deyib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ