SON DƏQİQƏ
» » Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

Tarix:

24-06-2018, 13:57

/ 10 222 dəfə oxundu.
Səs verən Muharrem İnce jurnalisti danladı: “Əlimdən tutub...”

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Muharrem İnce ailəsi ilə birlikdə Yalovada Saffet Çam orta məktəbində səsvermə hüququndan istifadə edib.

Gunaz.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İnce səsvermə zamanı onun əlini çəkən operatoru danlayıb. Belə ki, səs verdikdən sonra açıqlama verməyə hazırlaşan İnce, onu çəkən xəbər agentliyinin müxbirinə “O hərəkəti etmə. Əlimdən tutub çəkirsən, uşaq çəkər kimi” deyərək reaksiya verib.

Daha sonra açıqlama verən İncə "Vətən, millət üçün xeyirlisi olsun. AXŞAM YSK-nın (Yüksək Seçim Qurumu) önündə olacam" deyib.

Binadan çıxandan sonra təkrar jurnalistlərin qarşına çıxan Muharrem İnce, danladığı müxbirin harada olduğunu soruşub və “Zarafat edirəm” deyərək üzr istəyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ