SON DƏQİQƏ

Prezidentliyə namizəd qalibə uğur arzuladı

Tarix:

11-04-2018, 16:31

/ 10 240 dəfə oxundu.
Prezidentliyə namizəd qalibə uğur arzuladı

Seçki prosesi qaydasında keçdiyindən, seçki günü  səsvermə də normal qaydada keçir.

Bunu Gunaz.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasından  olan prezidentliyə namizəd Araz Əlizadə seçki günündə seçki prosesinin gedişi ilə bağlı  vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, səlahiyyətli nümayənədələri, müşahidəçiləri seçki prosesini izlıməkdədir  və onlar hər hansı qanun pozuntusuna rast gəlməyiblər.

“Odur ki,  səsvermə prosesi  normal gedir və seçicilər  səsvermə hüququndan istifadə edib, sərbəst formada  istədiyi namizədə səs verirlər”- A.Əlizadə deyib.

Seçki prosesinin gedişi barədə mövqeyini açıqlayan A.Əlizadə deyib ki,ümumiyyətlə, seçki prosesi normal keçir: “Namizədlərə seçicilərlə görüşmək üçün şərait yaradılıb və hər bir namizəd öz mövqeyini seçicilərə çatdırıb və burada hər hansı  bir maneçilik olmayıb. Seçkiöncəsi təvşiqat kampaniyamızı normal başa vurmuşuq”.

Seçkinin nəticələrinə və qalib gələn şəxsi təbrik etmək məsələsinə gəldikdə A.Əlizadə deyib ki, o buna normal yanaşır: “Qalib gələn şəxsin qalibiyyəti  digər namizədlər   tərəfindən qəbul edilməli və onun fəaliyyətinə uğurlar arzulanmalıdır. Bu bir siyasi mədəniyyətdir.  Onu deyə bilərəm ki, kim qalib gələcəksə, Allah onun işini avand eləsin”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ