SON DƏQİQƏ
» » Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib

Tarix:

11-04-2018, 12:09

/ 10 696 dəfə oxundu.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev səs verib

Prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquliyev səsvermə hüququndan istifadə edib.

Gunaz.az xəbər verir ki, Qüdrət Həsənquliyev xanımı ilə birlikdə bu gün saat 11:00-da 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı məntəqəsinə gələrək səs verib.

Qüdrət Həsənquliyevi BAXCP rəhbəliyinə daxil olan şəxslər müşayiət edib.

***

Bu seçkinin xalqımız üçün uğurlu olmasını arzu edirəm.

Bu sözləri Gunaz.az-a BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev deyib.

Prezidentliyə namizəd bildirib ki, bu günə qədər seçkilər demokratik şəraitdə keçirilib: “Əlbəttə, namizədlərin imkanları eyni deyil. Seçki kampaniyası dövründə Seçki Məcəlləsinin hər hansı bir normasının pozulması halları müşahidə edilməyib. Ümid edirəm ki, səsvermə günü də qanunlara uyğun olaraq, səsvermə prosesi keçiriləcək. Bu seçki daha güclü, daha demokrtik Azərbaycanın qurulmasına və Qarabağın azad olunmasına yol açacaq bir siyasi xəttin dəstəklənməsinə xidmət edəcək. Biz Qarabağı azad edəcəyik və daha güclü Azərbaycanı yaradacağıq. Xalqımız və dövlətimiz üçün xeyrli olsun”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ