SON DƏQİQƏ

Rusiyada mumiya tapıldı

Tarix:

21-06-2018, 20:19

/ 10 307 dəfə oxundu.
Rusiyada mumiya tapıldı

Rusiyanın Krasnoyarsk vilayətində Sayano-Şuşenski SES-in su basmış zonalarında arxeoloqlar bizim eradan əvvəl I əsrə aid mumiya aşkar ediblər.

Gunaz.az-ın məlumatına görə, bu barədə Maddi Mədəniyyət Tarixi İnstitutu xəbər yayıb.

Məlumata görə, artıq tapılan qutu çıxarılıb və təmizlənib.

Arxeoloqların Terezin məzarlığından tapılan mumiya ilə nikbin fikirdə olduqları bildirilib. Belə ki, dəri və paltar detallarının yaxşı qaldığı düşünülür.

Qeyd edək ki, 2009-ci ildə Sayano-Şuşenski SES-də baş vermiş qəzadan sonra su ətraf əraziləri basmış, qəza nəticəsində 75 nəfər həlak olmuşdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ