SON DƏQİQƏ
» » Türkiyə, Rusiya və İran sərhəd boyunca hərbi qüvvələrini birləşdirdi

Türkiyə, Rusiya və İran sərhəd boyunca hərbi qüvvələrini birləşdirdi

Tarix:

24-05-2018, 10:25

/ 10 350 dəfə oxundu.
Türkiyə, Rusiya və İran sərhəd boyunca hərbi qüvvələrini birləşdirdi

Türkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub.

Publika.az xəbər verir ki, nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.

Astanada “atəşkəs bölgəsi” elan edilən ən geniş və çətin bölgə kimi dəyərləndirilən İdlibdə 3 ölkənin nəzarət məntəqələrinin tamamlanması ilə birlikdə bölgədə normal məişət həyatının yaranacağı bildirilir. Hərbi qaynaqlar sərhəd xətti boyunca təhülkəsizliyin təmin edildiyini xəbər verir.

 

скачать dle 12.1

Şərhlər