SON DƏQİQƏ

3 ölkənin Suriya ilə bağlı ortaq QƏRARI

Tarix:

16-03-2018, 12:57

/ 10 282 dəfə oxundu.
3 ölkənin  Suriya ilə bağlı ortaq QƏRARI

Qazaxıstanın paytaxtı Astanada bir araya gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onun türkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Zəriflə birgə ortaq hesabat yayımlayıb.

Hesabatda Suriyada Astana müddəti çərçivəsində təşkil edilən "gərginliyi azaltma bölgələri” tətbiqinin davam edilməsinə qərar verilib.

Gunaz.az məlumat verir ki, açıqlamada "üç ölkə dörd gərginliyi azaltma bölgəsi haqqında razılaşmanın tətbiqinə davam edilməsi qərarını verdi” ifadələri işlədilib.

Əlavə olaraq, Astanada keçirilən görüşlərin 9-cu raundunun may ayında keçirilməsinə qərar verilib.

Suriyada təşkil edilən dörd gərginliyi azaltma bölgəsi ilk mərhələdə altı aylıq müvəqqəti bir tədbir kimi nəzərdə tutulmuşdu. Bu bölgələrin sərhədləri boyunca təhülkəsizlik xətlərinin qurulacağı, buradakı nəzarət məntəqələrində kimlərin dayanacağına isə 3 ölkənin qərar verəcəyi bildirilirdi.

скачать dle 12.1

Şərhlər