SON DƏQİQƏ

Ərdoğan və Mahmud Abbas telefonla danışdı

Tarix:

15-05-2018, 09:40

/ 10 273 dəfə oxundu.
Ərdoğan və Mahmud Abbas telefonla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.

Gunaz.az xəbər verir ki, tərəflər ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair rəsmi Vaşinqtonun qərarını və ötən gün Qəzza zolağında baş verənləri qətiyyətlə pisləyiblər. Ərdoğan son hadisələrlə əlaqədar Fələstin xalqına başsağlığı verib.

Ötən gün Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 55 fələstinli ölüb, 3 minə yaxını yaralanıb.

Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar İsrail və ABŞ-dakı səfirlərini geri çağırıb. Türkiyə prezidenti ölkədə 3 günlük matəm elan edildiyini bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ