SON DƏQİQƏ
» » İsrail İranla bağlı qərar verdi: Müharibəyə 5 gün qalır...

İsrail İranla bağlı qərar verdi: Müharibəyə 5 gün qalır...

Tarix:

7-05-2018, 12:40

/ 10 321 dəfə oxundu.
İsrail İranla bağlı qərar verdi: Müharibəyə 5 gün qalır...

İsrail öz şimal sərhədlərində düşmən İranın hərbi iştirakına yol verməyəcək.

Gunaz.az xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu deyib:

"Münaqişəyə səbəb olsa belə, İranın bizə qarşı aqressiv təcavüzünü dayandırmaq əzmindəyik. Bunu indi etmək daha yaxşıdır, sonraya saxlamaq olmaz. Hərçənd İsrail vəziyyəti gərginləşdirməyə çalışmır”.

Netanyahunun sözlərinə görə, Tehranın Suriyada hərbi mövcudluğunun güclənməsi İsrailə qarşı yönələn hərəkət kimi qiymətləndirilir: "Son aylar İran güc strukturları və İslam İnqilabı Keşikçiləri Korpusu münaqişə zonasına hücum və müdafiə silahları, o cümlədən pilotsuz təyyarə, "yer-yer” raketi və Hava Hücumundan Müdafiə sistemləri gətir”.

Xatırladaq ki, aprelin 30-də Netanyahu İranı nüvə silahının yaradılması proqramına sahib olmaqda ittiham edib. MOSSAD-ın bununla bağlı böyük həcmdə məlumatlar ələ keçirdiyini açıqlayıb.

Hökumət başçısının sözlərinə görə, Tehranın nüvə silahı əldə etmək planları ABŞ və İsraillə bərabər bütün dünya üçün təhlükədir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 12-dək bu məsələ ilə bağlı qəti qərar qəbul edəcəyinə söz verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ