SON DƏQİQƏ
» » Çavuşoğlu rus turistlərə rus dilində səsləndi - VİDEO

Çavuşoğlu rus turistlərə rus dilində səsləndi - VİDEO

Tarix:

6-05-2018, 16:18

/ 10 331 dəfə oxundu.
Çavuşoğlu rus turistlərə rus dilində səsləndi - VİDEO

Türkiyə ölkəyə gələn rusiyalı turistlərin sayıda artım gözləyir.

Gunaz.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına rus dilində müsahibəsində deyib.

"Rusiyadan daha çox turist görmək istəyirik. Türkiyə çox gözəl ölkədir və Antalya gözəl şəhərdir. Türk mətbəxi çox dadlıdır", - deyə Çavuşoğlu bildirib.

2017-ci ildə Rusiyadan Türkiyəyə 4,72 milyon turist gedib. Bu rəqəm 2016-cı ilin göstəricisindən  5,5 dəfə çox olub.

Qeyde edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu il ölkəyə 6 milyon turist gözlədiklərini bildirmişdi.

 

скачать dle 12.1

Şərhlər