SON DƏQİQƏ

Gürcüstanın adını rəsmən dəyişdilər

Tarix:

6-05-2018, 12:37

/ 10 255 dəfə oxundu.
Gürcüstanın adını rəsmən dəyişdilər

Litva rəsmi olaraq Gürcüstan əvəzinə Sakartvelo adından istifadə edəcək.

Gunaz.az xəbər verir ki, bu barədə “Baltik Nyus Servis” məlumat yayıb.

“Mayda Litva Prezidenti Dalya Qribauskayte Sakartvelonun 100 illiyi ilə bağlı tədbirdə iştirak edəcək və bu addan istifadə edəcək”,- deyə dövlət başçısının mətbuat xidməti bildirib.

Baş nazir Saulyus Skvernyalis də alternativ variantı dəstəkləyib. Artıq rəsmi sənədlərdə yeni addan istifadə oluna bilər.

Bildirilir ki, adının dəyişdirilməsini Gürcüstan özü istəyib. Çünki hazırki variant ruslaşdırılmış hesab edilir. Sakartvelo adı isə gürcü dilinə daha yaxındır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ