SON DƏQİQƏ

Danışıqlar ləğv edildi

Tarix:

25-04-2018, 07:13

/ 10 251 dəfə oxundu.
Danışıqlar ləğv edildi

Ermənistanda müxalifət lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılmış danışıqlar ləğv edilib.

Gunaz.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” Partiyasının mətbuat katibi Tiqran Avinyan bildirib. Onun sözlərinə görə, danışıqların keçiriləcəyi tarix hələlik məlum deyil.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ