SON DƏQİQƏ

Daha bir ölkədə “Telegram” bağlandı

Tarix:

17-04-2018, 08:30

/ 10 231 dəfə oxundu.
Daha bir ölkədə “Telegram” bağlandı

Belarusda internet istifadəçiləri “Telegrama” girişlə bağlı çətinliklərin yaşandığından şikayət edir.

Gunaz.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

Messencerlə bağlı problemlə “MTC” və “Velcom” mobil operatorlarının abonentləri qarşılaşıb. “ByFly” abonentləri isə brauzerdə messencerin sayına giriş zamanı xəta bildirişinin peyda olduğunu qeyd edir.

Abonentlərin sözlərinə görə, bu pozuntular Belarus operatorlarının internetə girişi Rusiya provayderləri vasitəsi ilə təmin etməsi ilə əlaqələndirir. Belə ki, Rusiyada bir müddət əvvəl “Telegram”a giriş məhdudlaşdırılıb.

скачать dle 12.1

Şərhlər