SON DƏQİQƏ

Təyyarə küçəyə eniş etdi

Tarix:

1-04-2018, 13:46

/ 10 331 dəfə oxundu.
Təyyarə küçəyə eniş etdi

Kolumbiyanın paytaxtı Boqotada “Cessna 172” tipli birmühərrikli kiçik təyyarə küçəyə məcburi eniş edib.

Gunaz.az xəbər verir ki, Quaymaral hərbi hava limanına eniş etməyə 74 km qalmış hərəkəti davam etdirə bilməyib və təhlükəsiz şəkildə küçəyə enib.

Məlumata görə, buna şiddətli yağış səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, ötən il Quaymaral hərbi hava limanına enmək istəyən bir təyyarə Bogota dağlarına çırpılmış və 8 nəfər ölmüşdü.

скачать dle 12.1

Şərhlər