SON DƏQİQƏ
» » Afrinin sonrakı taleyi aydınlaşdı: Yeni Məclis

Afrinin sonrakı taleyi aydınlaşdı: Yeni Məclis

Tarix:

19-03-2018, 09:00

/ 10 257 dəfə oxundu.
Afrinin sonrakı taleyi aydınlaşdı: Yeni Məclis

PKK terrorçularından təmizlənən Afrin bölgəsini idarə etmək üçün 30 nəfərdən ibarət yeni Məclis təsis edilib.

Teleqraf.com xəbər verir ki, Müstəqil Kürd Birliyinin təşkilatçılığı ilə Afrin Qurtuluş Konqresi çağırılıb. Konqresə Afrində yaşayan bütün etniklərin nümayəndələri, terrordan əziyyət çəkən qrupların liderləri qatılıblar.

Müzakirələrdən sonra Afrini idarə edəcək 30 nəfərdən ibarət Məclis yaradılıb. Məclis şəhərin idarə olunması, tikinti-quruculuq işlərinin aparılması üçün təkliflər hazırlayacaq.

Qeyd edək ki, ötən gün səhər saatlarında Afrinin mərkəzi PKK\PYD terrorçularından azad edilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ