SON DƏQİQƏ
» » Ərdoğandan açıqlama: Afrin şəhəri tam nəzarətə götürülüb

Ərdoğandan açıqlama: Afrin şəhəri tam nəzarətə götürülüb

Tarix:

18-03-2018, 12:55

/ 10 282 dəfə oxundu.
Ərdoğandan açıqlama: Afrin şəhəri tam nəzarətə götürülüb

"Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb".

Gunaz.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti PPK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularının şəhərdən qaçdıqlarını açıqlayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ