SON DƏQİQƏ
» » ABŞ Rusiya üzərində yeni silahını sınaqdan keçirdi

ABŞ Rusiya üzərində yeni silahını sınaqdan keçirdi

Tarix:

7-03-2018, 16:32

/ 10 311 dəfə oxundu.
ABŞ Rusiya üzərində yeni silahını sınaqdan keçirdi

ABŞ Hərbi Dəniz Qüvvələri 2018-ci ilin martın əvvəlində Qara dənizi tərk edən “USS Carney”  hərbi gəmisində yeni radioelektron mübarizə sistemini sınaqdan keçirib.

Gunaz.az “The Drive”a istinadən xəbər verir ki, nəşrdə Bosfor boğazından keçən və SEWIP (Surface Electronic Warfare Improvement Program) Block 2 proqramı çərçivəsində müasirləşdirilən AN/SLQ-32(V)6 qurğusunun yerləşdiyi gəminin fotosuna diqqət yetirilib.

ABŞ HDQ saytında verilən informasiyaya görə, raket hücumunun aşkar edilməsi və ona müqavimət göstərilməsi üçün nəzərdə tutulan sistemin təkmilləşdirilməsi radar qurğusuna və siqnal qəbuledicisinə təsir edib.

“The Drive” qeyd edir ki, Qara dənizdə yenilənmiş AN/SLQ-32(V)6 qurğusundan istifadə edilməsi ABŞ hərbçilərinə Rusiyanın radioelektron vasitələrinin üstünlük təşkil etdiyi ərazidə öz sistemlərini sınaqdan keçirməyə imkan verib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ