SON DƏQİQƏ
» » Türkiyə ordusu terrorçuların qazdığı tunelləri aşkar edib

Türkiyə ordusu terrorçuların qazdığı tunelləri aşkar edib

Tarix:

28-02-2018, 14:03

/ 10 259 dəfə oxundu.
Türkiyə ordusu terrorçuların qazdığı tunelləri aşkar edib

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsinin azad edilmiş ərazilərində PYD və YPG terrorçularının çəkdiyi tunellərin ləğv edilməsinə başlayıb.

Gunaz.az xəbər verir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Məlumata əsasən, terrorçuların çəkdiyi tunellər betonlanıb.

Hazırda azad edilən ərazilərdə terrorçuların qazdığı 300-dən çox tunel aşkar edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ