SON DƏQİQƏ
» » Tərcümənin yanlışlığına görə 15 min yumurta aldılar

Tərcümənin yanlışlığına görə 15 min yumurta aldılar

Tarix:

9-02-2018, 11:05

/ 1 084 dəfə oxundu.
Tərcümənin yanlışlığına görə 15 min yumurta aldılar

Cənubi Koreyda keçirilən Qış Olimpiya Oyunlarına qatılan Norveç komandası idmançıları üçün səhvən 15 min yumurta sifariş edib.

Gunaz.az məlumat verir ki, cənubi Koreyada yerləşən və "Google Tərcümə"dən istifadə edən Norveç Olimpiya komandası rəsmiləri Koreya dilində verdikləri sifarişdə 1.500 yumurta əvəzinə səhvən 15 min yumurta aldıqlarını bildirib.

BBC-nin Koreya xidmətindən jurnalist David Cann Koreyanın fərqli bir sayma sistemi olduğunu və orfoqrafik səhvin də buna təkan vermiş ola biləcəyini bildirib.

Koreya dilində 1.500 ilə 15.000 arasında yazılış fərqi belədir:

Norveç komandasının aşpazı Stale Johansen, Norveç qəzeti "Aftenpostene" açıqlamasında 13 min 500 yumurtanı geri qaytarmağa nail olduğunu bildirib.

Norveç Olimpiya nümayəndə heyətinin rəhbəri Tora Ovrebo Pxenxan şəhərində keçirilən mətbuat konfransında deyib:

"Sifarişlərdə bir sıfır artıq gedib. Hər şey yaxşıdır, uzatmağa ehtiyac yoxdur".

Qeyd edək ki, Norveç Qış Olimpiya Oyunlarına 109 idmançı göndərib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ