SON DƏQİQƏ

Rus qırıcı amerikalılara meydan oxudu

Tarix:

31-01-2018, 13:16

/ 1 128 dəfə oxundu.
Rus qırıcı amerikalılara meydan oxudu

Rusiya Hava-Kosmik Qüvvələrinin Su-27 qırıcı təyyarəsinin pilotu Qara dəniz üzərindəki neytral məkanda ABŞ-ın kəşfiyyatçı təyyarəsini "tutub" və müşayiət edib. Daha sonra isə rusiyalı pilot çox təhlükəli manevr edərək amerikalılara meydan oxuyub.

Gunaz.az CNN-ə istinadən bildirir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus ER-3E Aries II  radioelektron kəşfiyyat təyyarəsinə Rusiyanın hava sərhəddinə yaxınlaşmağa imkan verməmək üçün Su-27-nin pilotu olduqca riskli manevr edib.

O, EP-3E-yə yaxınlaşaraq amerikalıların 1,5 metrliyindən şütüyüb.

Rusiyanın qırıcısının manevri ucbatından ABŞ HDQ-nin təyyarəsi missiyasını yarımçıq başa vurub.

ABŞ HDQ-nin yetkilisi kapitan Pamela Kunsenin dediyinə görə, EP-3 təyyarəsi Su-27-nin reaktiv mühərrikinin yaratdığı hava şırnağına düşüb: "Rusiyalı pilotun "müşayiət"i təxminən 2 saat 40 dəqiqə davam edib".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ