SON DƏQİQƏ

Ancelina Colinin maraqlı gəzintisi

Tarix:

31-01-2018, 11:13

/ 1 174 dəfə oxundu.
Ancelina Colinin  maraqlı  gəzintisi

Dünyanın ən məşhur aktrisalarından biri, Hollywood ulduzu Ancelina Coli övladları ilə Parisdədir.

Gunaz.az European-a istinadən bildirir ki, 42 yaşlı A.Coli Fransa paytaxtında "reklam sima"sı olduğu "Guerlain" butikinə baş çəkib, sonra pərəstişkarları ilə söhbətləşib.

Adətən tünd rəngli geyimlərə üstünlük verən A.Coli bu dəfə "Max Mara" paltosunu və "Christian Louboutin" tuflilərini, "Fendi" eynəyini seçmişdi.

16 yaşlı Meddoks, 13 yaşlı Zahara, 14 yaşlı Paks, 11 yaşlı Şaylo və 9 yaşlı əkizlər Noksla Vivyen ilə birlikdə Parisin mərkəzi küçələrini dolaşandan sonra A.Coli Yelisey Sarayına yollanıb.

O, sarayda Fransa prezidentinin xanımı Bricit Makronla görüşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ