SON DƏQİQƏ
» » Türk tarixçi əllərini açıb: "Rəbbimə şükürlər olsun, bu millətə qəhrəmanları verdikcə vermiş"

Türk tarixçi əllərini açıb: "Rəbbimə şükürlər olsun, bu millətə qəhrəmanları verdikcə vermiş"

Tarix:

23-01-2018, 13:20

/ 888 dəfə oxundu.
Türk tarixçi əllərini açıb: "Rəbbimə şükürlər olsun, bu millətə qəhrəmanları verdikcə vermiş"

Gunaz.az -a verilən məlumata görə,Türkiyənin "Akit" TV kanalında tarixçi Ahmet Anapalı coşqu ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında danışıb.
Tarixçi Mübariz İbrahimovun 50-dən çox erməni əsgərini necə öldürməsindən danışıb. Söhbətin davamında Ahmet Anapalı əllərini qaldıraraq bu cür qəhrəmanlar verdiyi üçün Rəbbinə şükür edib:

"Azərbaycanın bir igidi var, vura-vura gedir. Pəhləvan kimi bir adamdır. Bu insanlar manyak dərəcədə Vətən sevdalısıdırlar. Mübariz İbrahimov – Allah ondan milyon dəfə razı olsun. Təkbaşına 45 erməni əsgərini öldürüb, bir qismini də silahla deyil, boğaraq, vura-vura öldürüb. Baxın, Xalid Paşadan bir anda Mübariz İbrahimova gəldik. Rəbbimə şükürlər olsun, qəhrəmanlar bitmir. Allahım bu millətə qəhrəmanları verdikcə vermiş. Bu torpaqlarda qəhrəmanlar bitmir, bitməz".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ