SON DƏQİQƏ
» » Makron: “Fransa Fələstinin müstəqilliyini tanıyacaq”

Makron: “Fransa Fələstinin müstəqilliyini tanıyacaq”

Tarix:

22-12-2017, 14:55

/ 926 dəfə oxundu.
Makron: “Fransa Fələstinin müstəqilliyini tanıyacaq”

“Biz münasib vaxtda heç bir təzyiqə baxmadan Fələstinin müstəqilliyini tanıyacağıq”.

Gunaz.az “Report”-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fələstin Dövlətinin başçısı Mahmud Abbasla keçirdiyi görüşdən sonra bildirib.

O, Fransanın Fələstin-İsrail münaqişəsinin həllində “iki dövlət, iki millət” prinsipinə sadiq qaldığını vurğulayıb.

Qeyd edək ki, Fransa dekabrın 21-də BMT Baş Assambleyasının Qüdsün İsrailin paytaxtı kimi tanınmaması barədə qətnamənin lehinə səs verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ