"Üçtərəfli görüşdə Fələstin-İsrail məsələsini müzakirə etdik. Biz bəyan etmişik ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını qəbul edə bilmərik".
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda iranlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bununla bağlı sabah BMT Baş Assambleyası tərəfindən qətnamə layihəsinin qəbul edilməsi təklif olunub: "Azərbaycan, İran və Türkiyə hər üçü qətnamənin lehinə səs verəcək. Azərbaycanın Qüdslə bağlı mövqeyi Azərbaycan prezidenti tərəfindən İstanbulda səsləndilirilib və o çağırış edib ki, bu ABŞ bu məsələyə bir daha baxsın. Azərbaycanln mövqeyi beynəlxalq ictimaiyyətin 2 dövlət prinsipi ilə bağlı mövqeyi ilə üst-üstə düşür". (apa)