ABŞ Yaxın Şərqdə müharibəyə başlamaq istəyir. “Düşmənlərin” Qüdsü İsrailin paytaxtı elan etmək istəyi onların gücsüzlüyündən xəbər verir.
Gunaz.az xəbər verir ki, Bu sözlərinə İranın ali dini lideri Əli Xameneyi deyib:
“Bugünkü gündə Amerika, sionist rejim və onların regiondakı bütün yaltaqları tiranlardırlar. Onlar ABŞ-ın planı əsasında müharibəyə başlamaq istəyirlər.
Fələstin məsələsində onların əlləri bağlıdır və öz məqsədlərinə nail ola bilməyəcəklər”.
Xatırladaq ki, bu gün prezident Donald Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini elan edəcək. (Qafqazinfo)