SON DƏQİQƏ

Zəvvarların diqqətinə - YENİ QADAĞA GƏLDİ

Tarix:

23-11-2017, 15:38

/ 1 068 dəfə oxundu.
Zəvvarların diqqətinə - YENİ QADAĞA GƏLDİ

Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi tərəfindən Kəbədə və Mədinədə yerləşən Məscid-i Peyğəmbər ibadətgahlarını ziyarət edən zəvvarlara çəkiliş etmək qadağan edildi.

Gunaz.az-ın xəbərinə görə, məlumatda qeyd olunur ki, qadağa mətbuat nümayəndələrinə də aiddir. Buna səbəb müxtəlif ölkələrdən olan ziyarətçilərin ibadətgah ətrafında ölkə bayraqlarını tutaraq şəkil çəkdirmələri və bunu sosial şəbəkələrdə paylaşmaları olub.

Məqsəd müqəddəs ziyarətgahlarda təhlükəsizliyi təmin etməkdir. Qanunlara riayət etməyən şəxslərin çəkiliş apardığı qurğular müsadirə ediləcək, özləri isə inzibati qaydada cəzalandırılacaqlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ